Xaliq Məmmədov - бесплатно читать книги онлайн


Həyatın sirli yollarında, qaranlıq döngələrin o biri tərəfində yolçunu nələr gözləyir, kim bilər! Əsər iki gəncin faciəli hyatından, bu faciyə qarşısında son ümüd tək, səfərbər olunmuş gözəl məhəbbətin apardığı mübarizədən danışır.
Hər insan həyatı Tanrının yaratdığı bir möcüzədir, öz istəyi, arzusu ilə, öz sirli və fərqli yolları ilə. Bəzən bu yollarda qəm-dərd gözləyir insanı. Bəzən, sevinc yetirir özünü. Bəzən ayrılıq durur qarşımızda, bəzən vüsal sevindirir bizi. Bütün bu hisslərin başında isə bir qüvvə durur: Məhəbbət! Sexmək və sevimli olmaq – xoşbəxtliyin ilk göstəricisi bunlardır. İnsan nə qədər müstəqil olursa – olsun, sosiyal baxımdan hansı yüksəkliklər fəth edirs
Qəm-kədərlə müşaiyət olunan hadisələr ötən əsrin 80-ci illərində baş verir. Müəllif, ailə həyatı ilə bağlı köhnə qaydaların bu günə qədər gəlib çatan ən mühüm məqamlarından birini, göstərişlə ailə qurmaq ənənələrini və belə hadisələrin nə ilə nəticələndiyini incəliklə təsvir edir. Müəllif bu hekayəsində sanki, haray çəkərək gənc qəhrəmanların düşdükləri acınacaqlı vəziyyəti, iki gəncin yaşadıqları əzabı, ağrını oxuculara olduğu tək çatdırır.