Vahid Məmmədli - Adəmin lüğəti

Adəmin lüğəti
Название: Adəmin lüğəti
Автор:
Жанры: Современная зарубежная литература | Зарубежная образовательная литература
Серии: Нет данных
ISBN: Нет данных
Год: 2024
О чем книга "Adəmin lüğəti"

Kitabda Vahid Məmmədlinin müxtəlif illərdə yazdığı hekayələrindən bir qismi toplanmışdır."Allah insanlarla yalnız bir dəfə – dünyanı yaradanda danışıb. O səs buludların arasından gəlirmiş. Sözlər də eynən mənim işlətdiyim kimi – bütövlükdə heç kimin, ayrı-ayrılıqda hər kəsin anladığı sözlər…"(Adəmin lüğəti)

Бесплатно читать онлайн Adəmin lüğəti



Kuzə


Nənə-babaları sağlığında görmək xoşbəxtlikdir. Mən yalnız gözümü dünyaya açandan bizimlə qalan Fatma nənəmi görmüşəm. Onun xoş siması həmişə gözümün önündədir. Bir uşaqlıq xatirəm isə heç vaxt yaddaşımdan silinməz.

Səkkiz yaşım vardı, yay tətilində idik. Məhəllə uşaqları ilə axşama kimi oyun oynamaqdan doymurduq, heç evə getmək istəmirdik. Mən tərləyib bərk soyuqlamışdım. Axşama hərarətim qalxdı, valideynlərim həkim çağırdılar. Həkim "Adi soyuqdəymədir" – deyib, hərarətsalan dərman verib getdi. Xəstələnməyimdən hamı narahat olsa da, nənəm heç yanımdan əl çəkmir, tez-tez dodaqlarını alnıma toxundurub hərarətim olub-olmadığını yoxlayır, əndişəsini gizlədə bilmirdi. Anam növbəti dəfə otağa qayıdanda nənəmin həyəcanla danışdığını eşitdim:

– Bu uşağa göz dəyib. Balam gözümüzün qabağında saralıb-solur. Məmməd icazə versəydi, onu sabah sübhdən Əhmədiyyə babanın ocağına aparardım. O ocaq balamı sağaldacaq.

Atam nənəmin məni ocağa aparmasına çox isti baxmasa da, sözünü yerə salmayıb razılıq verdi. Cibindən əlli manat da çıxarıb nənəmə uzatdı, “bunu da bizim hamımızın adından ocağa nəzir verərsən” – dedi.

Səhər erkəndən atamın sürücüsu artıq bizi gözləyirdi; nənəmlə mən Əhmədiyyə babanın ocağı yerləşdiyi Kərimbəyliyə yola düşdük. Sürücü uzanan kələ-kötür kənd yollarından gözünü çəkmədən elə hey deyinsə də, maşın bizi atıb-tutduqca nənəmlə mən arxa oturacaqda hər dəfə bir-birimizə sarılıb gülümsəyirdik.

Həyət darvazasının önündə bizi buxara papaqlı nurani bir qoca qarşıladı. Nənəm mənə onun Əhmədiyyə baba olduğunu dedi. Ocaq adlanan bu yer də əslində, Əhmədiyyə babanın evi idi.

– Ay sizin sabahlarınız xeyir. Gör bir kimi gətirmisən bizə, ay Fatma! Yəqin, Məmmədin kiçik oğludur bu? – deyə, baba təbəssümlə üzümə baxdı.

– Hə babası, naxoşdayıb, göz dəyib balama, – nənəm əmin idi ki, xəstələnməyimin səbəbi məhz bədnəzərdir.

– Nurlu uşaqdır. Pis gözlərə şiş batsın… Keçin içəri, – deyə Əhmədiyyə baba bizi evə dəvət etdi.

Sübh çağı olsa da, həyət artıq tərtəmiz süpürgələnmiş, xəfif su çilənmişdi. Hasar boyu sıra ilə əkilmiş daş palıd ağacları həyətə xüsusi gözəllik verirdi. Kələ-kötür kənd yollarından sonra buradakı səliqə-sahman ruhu oxşayırdı…

Həyətdən keçib evin pillələrinə çatanda şüşəbəndin qapısında Əhmədiyyə babanın arvadı Güldəstə nənə bizi gülər üzlə qarşıladı. Ən böyük otaqda baş tərəfdəki divar boyu sərilmiş döşəkçələrdə bardaş qurub oturduq.

Evdən səhər yeməyi yeyib çıxsaq da, Güldəstə nənə süfrəyə yağ, pendir, çörək düzüb, bizə çay süzdü. Nənəm çörəyin arasına yağ-pendir qoyub mənə uzadanda başımı bulasam da, israr etdi:

– Ye, ay bala. Bura ocaqdı. Yeməsən, sağalmazsan.

Özümü halsız hiss edirdim, yeməyə iştaham da yox idi, çox istəyirdim ki, tez sağalım. Amma nə o boyda yol qət edib gəldiyimiz bu evdə, nə də məcburən yediyim pendir-çörəkdə heç bir qeyri-adilik görmədiyimdən nənəmdən soruşdum:

– Bura niyə ocaq deyirlər?

Nənəm otağın mərkəzindəki taxçanın üstünə qoyulmuş kuzəni göstərib dedi ki, kim ondan su içsə və gecə də bu ocaqda yatsa, səhər sapsağlam oyanır. Əlavə etdi ki, Əhmədiyyə baba seyid-övliya övladıdır və bu sehrli kuzə ona da babasından qalıb. Sonra nənəm Güldəstəyə kuzədən mənə bir stəkan su verməsini dedi.

Kuzənin ortasındakı dairəvi çıxıntının içərisində doqquzguşəli ulduz, ulduzun xətləri arasında isə düz və qırıq xətli naxışlar vardı. Bu naxışların nə məna kəsb etdiyini anlamasam da, sehrlənmişdim, gözlərimi ondan ayıra bilmirdim… Özümü uzaq yaşıl vadinin ortasında hiss edirdim. Taxçanın arxasında divara vurulan da adi kilim deyildi, ortasındakı rəngarəng naxışların hər biri elə bu cazibədar, baxışları əsir edən kuzənin özü boyda idilər…

Güldəstə nənə armudu stəkana kuzədən su doldurub qarşıma qoydu. Həyətdəki səs-küyə pəncərəni açıb, başını çölə uzatdı:

– Nə yaman çoxsunuz? Vacib qonağımız var. Duaları hazır olanlarınkını indi gətirirəm. Kuzədən su içmək, gecə burda qalmaq istəyənlər sabah gəlsinlər, – deyib Əhmədiyyə babanın olduğu otağa keçdi. Ondan aldığı yazılı duaları sahiblərinə çatdırmaq üçün həyətə düşdü.

Mən suyumu içib qurtardıqdan sonra nənəm axşam yatana kimi bu sudan mənə verəcəyini deyib, “Allah rast gətirsin, şəfa versin” deyə dua etdi. Kuzəyə yaxınlaşdım ki, özümə bir stəkan da su süzüm. Nənəm tez özünü yetirib, məni kənara çəkdi: “Ehtiyatlı ol, ay bala, salıb sındırarsan, hər kəs peşman olar. İstəyəndə de, mən özüm sənə kuzədən su verəcəm.”

Mən hələ də bu evin, kuzənin, suyun nə ilə fərqləndiyini anlamadığımdan nə isə öyrənmək ümidilə nənəmdən soruşdum:

– Suyu bu kuzəyə Əhmədiyyə baba doldurub?

– Yox, ay bala, bu kuzə sehrlidir. Hər dəfə kuzədən su qurtardıqda o öz-özündən yenidən dolur…

Təəccüb və heyrət içində idim. Kuzəni azca qaldırıb altına baxdım. Taxçanın üstünə sərilmiş ağ süfrədən başqa heç nə yox idi. Nənəm yenə tez məni kənara çəkib, kuzəni ehtiyatla yerində düzəltdi.

– Nənə, bu kuzə boşalanda su öz-özünə necə dolur axı? – taxçanın böyür-başına dolanıb kuzəni gözdən keçirməyə davam edirdim.

– Mənim balam, oraya suyu gözəgörünməz Allah baba doldurur, – nənəm bunu elə ürəkdən dedi ki, şəkk-şübhəmə yer qalmadı. Tələsik:

– Biz də belə bir kuzə alsaq, Allah baba onu da su ilə doldurar? – deyə soruşdum.

– Yox, canım-imanım, bu kuzədən təkcə burda var. Ona görə də bura ocaqdır… Sən bu sudan iç, gör səhər necə sağlam olacaqsan. Daha mənim balam xəstələnməyəcək. Hamıdan güclü olacaq. Pis gözlər yanıb yaxılacaq.

Həmin gün axşama kimi tez-tez nənəmə mənə kuzədən su verməsini deyirdim. Məqsədim isə möcüzənin şahidi olmaq idi, boşalmış kuzənin öz-özünə necə dolacağını öz gözlərimlə görmək istəyirdim…

Axşamın gec saatlarında nənəmin qolları arasında yuxudan gözlərim yumulsa da, yatmamağa çalışırdım. Kuzədə lap azca su qalmışdı. Yəqin, bir-iki stəkan da içsəm, su qurtaracaq və mən möcüzəyə şahid olacaqdım.

Səhər gözlərimi nənəmin yanında, yataqda açdım. Dünən axşam nə vaxt yuxuya getdiyimi bilməmişdim. Nənəm yatırdı. Cəld yataqdan qalxıb kuzəyə yaxınlaşdım. Gözlərimə inanmadım, heyrətdən donub qaldım: kuzə ağzınacan su ilə dolu idi. Bəs görəsən, axşam kuzənin dibində qalan suyu kim içib. Dünən oyaq qala bilmədiyim üçün özümü qınadım. Kuzənin öz-özünə necə dolduğunu, heyif ki, görə bilməmişdim. O möcüzəni görməyi çox, lap çox istəyirdim…

Bir az sonra nənəm də yuxudan ayıldı. Mənim ayaq üstə olduğumu görüb yaxınlaşdı, dodaqlarını alnıma yapışdırdı: – Ay sənə qurban olum! Qızdırman yoxdur. Özün də, maşallah, sapsağlamsan. Qurban olum Əhmədiyyənin cəddinə.

Sonra nənəm atamın nəzir olaraq verdiyi əlli manatı qoynundan çıxarıb ehmalca kuzənin altına qoydu. Bir qədər sonra Əhmədiyyə baba ilə Güldəstə nənə də gəldi.


С этой книгой читают
Yazıçı Vahid Məmmədlinin qələminin məhsulu olan, Azərbaycanın, eləcə də bütün Türk dünyası və Şərqin ilk fentezi əsəri, qəhrəmanlıq eposu olan "Atropatena" trilogiyasının birinci kitabı "Albaner" romanında ulu babalarımızın şücaətlərlə zəngin həyatlarından bəhs edilir.Çar oğlu Albaner sehrli tacı Albaniyaya gətirmək üçün dünyanın cənnəti Dilmuna, dünyanın o üzündə yerləşən, məcaralar ölkəsi Sahiraya səyahət edir. Əfsanəvi varlıqlar olan Tanbukanl
Vahid Məmmədli özünün "Leyli və Məcnun" romanı ilə modern yeniliklərə tabe olan dünyanın önünə Eşq təlimi ilə çıxıb. Əsəri oxuyarkən şüurumuzda, şüuraltımızda irfani dəyərlər və anlayışlarla bağlı sakral bir qat açılır. Deyilənlərdən başqa bir də deyilməyən, görülənlərdən başqa görülməyən nəsnələr yaddaşımızda geriyə doğru uzun məsafələr qət edir. Yığılmış bədii təcrübə və təhtəlşüurun arxetipləri bərabərləşib yeni modelin sxemini müəyyənləşdirmi
"Müqəddəs 44" hər iki Qarabağ müharibəsinə həsr olunmuş ən yaxşı əsərlərdən biri olmaqla yanaşı həm birinci, həm də ikinci Qarabağ müharibələrini bir süjet xəttində birləşdirməklə seçilir.
Amerikanın tanınmış kitab redaktorlarından biri, Hollivudun senari yazarı Devid Ferris Vahid Məmmədlinin “Qırmızı ilə selfi” əsəri barədə yazdığı rəydə bildirir ki, bu kitab az sözlə çox məna kəsb etməyi, bir deyil, bir neçə hekayəti nəql etməyi bacarır, insanla heyvanlar arasındakı fərqlilikləri, Bakının rəngarəngliliyini göstərməklə həm ölkəsini tanıdır, həm də dünyaya sevdirir… Gənclər və uşaqlar üçün maraqlı olmaqla yanaşı, yaşlı nəsli də düş
Яркие огни. Гигантский мегаполис. Плавильная печь. Город контрастов. Город-империя. Город-приманка. Столица мира. Нью-Йорк, Нью-Йорк, у него много имен. Люди со всего света приезжают сюда, как завороженные. Здесь все как будто кричит: «Если ты сумеешь сделать себя в Нью-Йорке, перед тобой откроются все двери!»Этот лозунг особенно соблазнителен для тех, у кого нет своей семьи. Молодые люди приезжают в Нью-Йорк учиться, работать или просто развлека
Все люди на земле делятся на две категории: мужчины и женщины. И хотя генетики доказали, что у мужчин с женщинами гораздо больше общего, чем различий, тем не менее, они все же есть. Слово Бога обращено ко всем нам, и во Христе нет разделения по «половому признаку» (см. Гал. 3:28), но нам важно понимать, что, стараясь сохранить верность Богу, мужчины и женщины сталкиваются с разными сложностями. Евангелие – для всех нас, но мы уже давно убеждаемся
Сан-Франциско, 1962 год. Шестилетняя Оливия напугана: ей сказали, что отныне в доме поселится старшая дочь папы, которую привезут из китайской деревни. «Она будет здесь жить вместо меня?» – «Нет, конечно! Вместе с тобой». Однако девочка не может побороть недоверчивое отношение к сестре. Во-первых, Гуань плохо говорит по-английски, во-вторых, утомляет Оливию своей бесконечной любовью… А еще Гуань утверждает, что может общаться с духами умерших люд
Дебютный роман молодой итальянской писательницы Франчески Джанноне, ставший литературной сенсацией в Италии – раскуплено уже более 580 000 экземпляров, а права на издание проданы 37 странам.Роман основан на истории прабабушки автора, в нем рассказывается о жизни Анны – молодой женщины с севера Италии, в 1934 году переехавшей вместе с семьей на юг страны, на родину мужа. Став первой женщиной-почтальоном в Лиццанелло, Анна бросает вызов патриархаль
Это рассказ о маленьком Драконе и его семье. Приключения Дракоши, начинаются когда наступает ночь и родители улетают на защиту территории. Это время Богов и Драконов для маленького Дракоши,станет не забываемым. Новыми знакомствами и необыкновенными путешествиями. Звездное небо откроет ему секрет, о котором он будет помнить всегда.
Это повесть – притча о русской интеллигенции. Другое её название «Выверт ума». Автор предлагает читателю погрузиться в развернутую метафору, чтобы рассмотреть героев повествования в фантастической реальности, пристально вглядываясь и в реальные причины этого трагического феномена. На каком этапе взросления, и по какой главной причине человек в буквальном смысле сходит с ума? Хотя такое сумасшествие и не носит клинический характер. Но социальные п
Забирая вещи близняшки у её бывшего, я упала в люк и оказалась в другом мире, где в первые пять минут меня чуть не сожрал медведь! Я ученица магической академии? Факультет проклятий? Да я и так проклята: мне постоянно и во всём не везёт. Ой, а дракону ещё что от меня надо? Да и в академии происходят странные вещи. Первые семь дней прода каждый день. Остальное по расписанию.
Только на Литнет! Это ж подумать только, какими наглыми и беспардонными порой бывают некоторые душегубы! Нет, чтобы продолжать и дальше злодействовать, не привлекая к себе особого внимания, они вдруг решают заявить во всеуслышание: «Несметно богат, знатен, знатнее некуда, похоронил трёх жен и теперь ищу следующую... Требование к финалистке отбора: остаться в живых. Требование к будущей жене: срочно научиться летать:)» В тексте: - Великий лорд, н