Vahid Valeh oğlu Qasımov, – Vahid Çəmənli – 27 iyun 1956-cı ildə Ağdam rayonunun Çəmənli kəndində anadan olmuşdur. Vahid Çəmənli 1972-ci ildə Çəmənli kənd orta məktəbini bitirmişdir. Vahid Çəmənli ədəbi yaradıcılıqla çox erkən yaşlarından məşğul olur. Dövri mətbuatda tez-tez şerləri çap olunur. 2011-ci ildə onun «Nə ömürdü, yaşadım» adlı şerlər kitabı çapdan çıxmışdır.«Dəli Çəmənli» kitabı müəllifin ikinci kitabıdı. Evlidir, iki oğlu var. Hal-haz
Vahid Çəmənli son bir neçə ay ərzində yazdığı yeni şerlər toplusu ilə yenə də görüşünüzə gəlmişdir. Öz kitabını «Gözlərimin işığında» adlandıran müəllif, hər şerin üstündə gözlərinin nurunu qətrə – qətrə sərf etdiyinə, hər sözə, hər misraya böyük zəhmət sərf etdiyinə işarə edir.Vahid Çəmənli əmindir ki, bu şerlər kitabı oxucular tərəfindən sevinclə qarşılanacaq, sevilə – sevilə oxunacaq.
Əziz oxucularım!«Mən sadə yolçuyum» kitabı ilə yenidən görüşünüzə gəlmişəm. Bu kitab ömrümün 63 – cü baharında açan bir çiçəkdir.Oxuyun, mənim qəlbimin səsini duyun!Mən sizi sevirəm.
Kitaba Azərbaycanlı şair-publisist Vahid Çəmənlinin son dövrlərdə yazdığı şeirlər və Rahib Məmmədovun xatirəsinə həsr olunan sənədli hekayə daxil edilmişdir.Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulur.