Vahid Çəmənli - Mən sadə yolçuyam

Mən sadə yolçuyam
Название: Mən sadə yolçuyam
Автор:
Жанр: Стихи и поэзия
Серии: Нет данных
ISBN: Нет данных
Год: Не установлен
О чем книга "Mən sadə yolçuyam"

Əziz oxucularım!«Mən sadə yolçuyum» kitabı ilə yenidən görüşünüzə gəlmişəm. Bu kitab ömrümün 63 – cü baharında açan bir çiçəkdir.Oxuyun, mənim qəlbimin səsini duyun!Mən sizi sevirəm.

Бесплатно читать онлайн Mən sadə yolçuyam


© Vahid Çəmənli, 2019


ISBN 978-5-0050-0071-2

Создано в интеллектуальной издательской системе Ridero

Vahid Çəmənli. 08 İyun 2019 – cu il

ÖZÜNÜZÜ SELLƏRİN QOYNUNA ATMAQDAN QORXMAYIN. SELLƏR HƏMİŞƏ AXIB ÜMMANA QOVUŞUR

>Vahid Çəmənli

«Mən sadə yolçuyam» kitabı ilə qarşınızdayam, əziz oxucularım. Hər bir söz, hər bir misra ürəkdən gələndə ürəklərə yol tapır. Ürəyimin hökmü olmadan bir kəlmə yazmadım. Qəlbinizi zərif misralarımla xeyirə – uğura, insafa kökləmək istədim. Çoxlarınız qəlbimə bələdsiniz. Mən də Sizin qəlbinizin nuruna güvənirəm. Söz, sahibinin qəlbi ilə gözəl olur. Mən də qəlbimi gözəlləşdirməyə, onu kindən, küdurətdən, həsəddən, paxıllıqdan, qeybətdən, fitnə – fəsadlardan təmizləyə – təmizləyə uca Allaha, onun sevə – sevə xəlq elədiyi İnsanlara layiq olmaq istədim.

Su axar, çuxurunu tapar, – deyib atalarımız. Mən də axa – axa öz çuxuruma, ata – baba yurduma yaxınlaşmaq istədim. Hər sözümdə sizin kövrək qəlbinizi tərənnüm etməyə çalışdım.

Cənabi – Haqq bizə Vətən üçün gözəl bir məkan seçib. Azərbaycan torpağı… Tarixlərin qanlı – qadalı döyüşlərindən alnı açıq, üzü ağ çıxan qeyrətli oğulların yurdu… Bu yurda kimlər göz tikməyib? Onun gözəllikləri nə qədər şahların, xaqanların yuxusuna haram qatıb. Amma heç kim bu yurda sahib çıxa bilməyib. İgid oğulların, ərənlərin onları tarixin zibilliklərinə atıb!

Sənə minnətdaram, ey Ulu Xalıq, bu gözəl yurdu mənə Vətən seçdiyinə görə…

Əziz oxucularım, bu kitabı oxumağa sərf etdiyiniz, qəlbimdən süzülən hər bir kəlməyə qulaq verdiyiniz üçün Sizə minnətdaram.

Hələ uşaqlığımdan sazının, sözünün vurğunu olduğum atam aşıq Valehə, qayğısı, sevgisi ilə məni bəsləyib böyüdən anam Pərizada, mənim təhsil almağım üçün 6 – sinifdən məktəbi buraxıb işləməyə gedən qardaşım Zülfüqara, bir əlçim tifilliyindən çörəyimizi – yeməyimizi bişirən, paltarımızı yuyan bacım Qəndaba, atam – anam haqq dünyasına qovuşandan sonra bizə atalıq edən İdris dayıya, analıq edən Hürizad, Səriyyə xalalarıma minnətdaram.

Çəmənli adlı bir kəndə olan sevgisini, suyunu, havasını, Günəşini, torpağını mənimlə bölüşən, ağsaqqalından cocuğuna qədər canım qədər sevdiyim həmkəndlilərimə minnətdaram.

Gəncliyini, həyatının ən gözəl zamanlarını sərf edərək mənə həyat dərsi verə-verə elm öyrədən sevimli müəllimlərim – Qara müəllim, Bayram müəllim, Kamil müəllim, Şəmsəddin müəllim, Fərzəliyev Allahverən müəllim, Paşayev Allahverən müəllim, Məmməd müəllim, Xosrov müəllim, Səlbi müəllimə, Sabir müəllim, Musa müəllim, Quliyev Musa müəllim, Zülfüqar müəllim, rus dilinə dərin maraq oyadan İsmayıl müəllim – Sizə minnətdaram.


Mənə göstərdikləri səmimi münasibətə görə, hal – hazırda Taleh Nuruyevin rəhbərliyi ilə Ziyəddin İsgəndərov adına Çəmənli kənd orta məktəbində çalışan müəllim kollektivinə öz minnətdarlığımı bildirirəm.

İçimdə şerə, sənətə maraq oyadan sevimli müəllimim, Çəmənlimin gözəl şairi Şahmar Əkbərzadəyə minnətdaram.

Mənə mənəvi dəstək olan sevimli sinif yoldaşlarım Nizami Bayramova, Rəfiqə Rüstəmovaya, Allahverən Əliyevə, Çingiz Baxşəliyevə, Akif Abışova, Rafiq Piriyevə, Şahin Günəşliyə, Kamal Alışova, Esmira xanıma… minnətdaram.

Ərəstin müəllim, – sevimli müəllimlərimdən biri olan Sabir müəllimin şərəfli işini ləyaqətlə davam etdirən oğlu, – sizə minnətdaram. Mənə rəhm edib, tənqid etmirsiniz.


Ömrümün son 20 ilinin sadiq dostu, mənim «Nə ömürdü yaşadım» şerlər kitabımın ərəsəyə gəlməsində maddi, mənəvi dəstək olan Mahir Hacıyev – Sənə minnətdaram. O kitab olmasaydı, bu kitab da olmazdı.

Mənə böyük dəstək olan qürbətdə yaşayan dostlarım Adil Danilova, Camal Abdullayevə dərin minnətdarlığımı bildirirəm.

İncə zövqlü dostum Mayıl Adilov, mənim cızmaqaralarıma dəyər verdiyiniz üçün Sizə minnətdaram.

Hörmətli Doktor Müşfiq Mirzəyev, bir yazar kimi mənə dəyər verdiyiniz üçün Sizə minnətdaram.

Yazar insanın ailə üzvü olmaq çox çətindir. Əziz həyat yoldaşım Təranə xanım, oğlanlarım Valeh, Aydın, gəlinim Mətanət xanım, – Sizə həsr eləməli olduğum vaxtımı yazmağa həsr etdim. Sizə olan sevgimi şer dediyim cızmaqaralarımla bölüşdüm. Məni əfv edin.

Sizin Vahid.

Yol daşı

Hikmətdən nurlanar şairin sözü,

Yığar öz nuruna yarı, yoldaşı.

Duyanlar aqildir,

Duymayanlara,

Anlada bilməzsən, istər yol daşı. *


Dirənib yenə də qoşa əl üzə,

Xəyal dünyasında qoşa əl üzə…

İnsan öz yolundan çətin əl üzə,

Ömrünə Cənnətə gedən yol daşı. **


Vahid bu dünyada nəyi qazandı?

Günləri, ayları qaynar qazandı.

Kim dedi, dostuna quyu qazandı?

Olaram yolunun üstə yol daşı…

23.04.2019


*. Daşın üstündəki otu yolmaq

**. Cənnətin yolunu önünə sərmək

Topa bulud gəzİr başımın üstə

Topa bulud gəzir başımın üstə

Atır gah bahara, gah qışa məni.

Hər gün yaş yığılır yaşımın üstə,

Gah bərkə bənd edir, gah boşa məni.


Yeddi qat göylərdə uçur xəyalım,

Süzülür qədəhə şərbətim, balım.

Elimin, obamın qadasın alım,

Buraxın yurdumla baş – başa məni.


Gəldi üstümüzə bəla hər yandan,

Namərdəm, keçməsəm bir qaşıq qandan…

Əgər əsirgəsəm canımı ondan,

Bənzədin çöllərdə bir daşa məni

23.04.2019

Çəkərlər

Könül, qəm eləmə, bitər bu çilə,

Yazın bir ucunu qışa çəkərlər.

Gah yağar, gah əsər, gah da gün çıxar,

Günəşi buludla qoşa çəkərlər.


Gəzdim ana yurdu ev – ev, kəndbəkənd,

Tanıdım hamını, yerindədir zənd…

Çox sözə – söhbətə heç olmadım bənd,

Naşıdır desələr, huşa çəkərlər.


Dünyanın işindən olmasan halı,

Qınama dostları, eli, mahalı.

Gün gələr süzülər sözünün balı,

Səni də hörmətlə başa çəkərlər.


Ay Vahid, səfərə hazır ol hər an,

Bir gün gedəsidir hər doğulan can.

Zaman var-yoxunu etsə də talan,

Şəklini bahalı daşa çəkərlər.

24.04.2019

Ədalət Bədİrxanlıya həsr olunur


Ey könül saz elə ruhunu yazla,

Könül dünyamıza şöhrət, şan gəlir.

Oxu bülbül kimi şirin avazla,

Dost ilə görüşə ulu can gəlir.


Yerdədi, göydədi xəyalın ustad?

Hər sözün dad verir, – şəkər kimi dad.

Ovunu bərədən qaçırma, səyyad,

Gecə sona çatır, qızıl dan gəlir.


Vahid, yenə qurdun irfan məclisi,

Yanar, ürəklərin çıxar istisi…

Bu dadlı məclisin ən həvəslisi, —

Sərrafı Ədalət Bədirxan gəlir!

Çəkİləydİ zirvələrİn dumanı

Səhər – səhər Əhməd Üştübün dostumun çəkdiyi Nüvədi və Üştübün mənzərələri qəlbimi kədərlə, gözlərimi yaşla doldurdu. Yurda həsrət qalan bütün həmvətənlərimə, eləcə də dəyərli Nüvədili dostlarıma həsr elədim bu şeri…


Könlüm sənə həsrət qaldı, Nüvədim,

Xəyal üçür yetim qalan bağlara.

Çəkiləydi zirvələrdən dumanın,

Kaş dönəydik o bəxtəvər çağlara.


Araz boyu, bahar gülən bir ayda,

Millətimiz o tayda, həm bu tayda…

Sevinəydi aman Allah, bu çay da,

Baxıb, baxıb hələ canı sağlara.


Vahid, sözün ürəkləri dağladı,

Zəhər oldu ağzımızın bal dadı.

Allı-güllü Nüvədimiz dardadı.

Aman bahar, gəlmə bizsiz dağlara…

27.04.2019

Qalıb

Səndən xəbər gəldi, xəbərin olsun,

Dedilər, hələ də şaxlığın qalıb!


С этой книгой читают
Kitaba Azərbaycanlı şair-publisist Vahid Çəmənlinin son dövrlərdə yazdığı şeirlər və Rahib Məmmədovun xatirəsinə həsr olunan sənədli hekayə daxil edilmişdir.Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulur.
Vahid Valeh oğlu Qasımov, – Vahid Çəmənli – 27 iyun 1956-cı ildə Ağdam rayonunun Çəmənli kəndində anadan olmuşdur. Vahid Çəmənli 1972-ci ildə Çəmənli kənd orta məktəbini bitirmişdir. Vahid Çəmənli ədəbi yaradıcılıqla çox erkən yaşlarından məşğul olur. Dövri mətbuatda tez-tez şerləri çap olunur. 2011-ci ildə onun «Nə ömürdü, yaşadım» adlı şerlər kitabı çapdan çıxmışdır.«Dəli Çəmənli» kitabı müəllifin ikinci kitabıdı. Evlidir, iki oğlu var. Hal-haz
Vahid Çəmənli son bir neçə ay ərzində yazdığı yeni şerlər toplusu ilə yenə də görüşünüzə gəlmişdir. Öz kitabını «Gözlərimin işığında» adlandıran müəllif, hər şerin üstündə gözlərinin nurunu qətrə – qətrə sərf etdiyinə, hər sözə, hər misraya böyük zəhmət sərf etdiyinə işarə edir.Vahid Çəmənli əmindir ki, bu şerlər kitabı oxucular tərəfindən sevinclə qarşılanacaq, sevilə – sevilə oxunacaq.
Kitabda müəllifin son illərdə yazdığı şerlər və lirik lövhələr toplanmışdır. Əsərlər sadə xalq dilində yazılmışdır. Yaş məhdudiyyəti yoxdur.
В книге собраны стихи, написанные с 14 до 37 лет. Это память о самых важных, судьбоносных, золотых мгновениях жизни, дающая ключ ко всему остальному прозаическому корпусу творений автора.
Автор ОЛЬНОВ АНАТОЛИЙ АЛЕКСАНДРОВИЧ.Год рождения – 1938, 27 февраля. Родина – с. Городище Череповецкого района Вологодской области. Кроме Череповца и Петрозаводска проживал в городах: Сортавала, Витебск, Усть-Каменогорск, Альметьевск.
Гражданин Советского Союза. Коммунист.Родился 22.12.1956 г.Родители – ветераны Великой Отечественной войны.Окончил ВВМУПП им. Ленинского комсомола в 1981 г.1981—1993 гг. – служил на дизельных подводных лодках 182-й Отдельной Бригады подводных лодок (б. Бечевинская), КВФ.После предательского развала Советского Союза подал рапорт об увольнении из ВС, заявив о несогласии с политикой нового руководства страны, армии и флота.Уволен в запас с должности
Мы любим. Если повезет, становимся счастливыми, и со временем у нас появляются прекрасные воспоминания.Если нет, нам остаются грусть и иногда стихи.
Это автобиографическая книга о том, как живут в ОАЭ (а конкретно в Дубае) иностранцы и арабы. Не туристическая брошюра и не совокупность интернет-отзывов, а наблюдения за жизнью в стране изнутри – без мифов и прикрас. В книге собраны невыдуманные истории дубайских экспатриантов, которые до сих пор живут и работают в Эмиратах. В приложении есть подробная инструкция по поиску работы с указанием примерного уровня зарплаты, расходов и сложностей, кот
Нимфоманка. Пожизненно осужденный. Необычный врач скорой. Беременная женщина в бегах. Девушка, переболевшая раком. Десять связанных жизней, десять невероятных историй, которые можно читать вместе и по отдельности. История шестая. «Спасая жизни». Он врач скорой помощи и что-то скрывает в своем прошлом. Тайное так и осталось бы тайным, если бы не любовь к коллеге. Шокировав ее рассказом о своей жизни, о крупном криминальном бизнесе, которым он зани
Настя всегда старалась жить правильно и приносить пользу обществу. Вот только общество, после глобальной катастрофы, не всегда соблюдает моральные принципы и нормы. Молчать и плыть по течению? Так поступает практически каждый, пока его трогают.
«Законы преуспевания. Мудрость» – это собрание философских изречений о духе, душе и теле; о Боге и искушении; о добре и зле; о здоровье и болезни; о знании и уме; о воспитании и любви; об ограничениях и излишествах; о деле и ответственности; о грехе и прощении; о богатстве и бедности и прочем.Автор затрагивает самые разные вопросы бытия – от правильного питания до смирения, служения людям и Божественной премудрости. Он размышляет, спрашивает, дае